Venesuelada işlər qarışdı: Maduro ordunu Amerika və Kolumbiyaya qarşı döyüş səfərbərliyinə çağırdı

  • By admin
  • 30 Noyabr 2019 09:59

Venesuela prezidenti Nikolas Maduro, Kolumbiya və ABŞ-dan gözlənilən təxribatlar səbəbiylə ordunun səfərbər edilməsi ilə bağlı əmr verib.

Gununsesi.org-un məlumatına görə, “Report”” RİA “Novosti”yə istinadən xəbər verir ki, Maduro bununla bağlı ona məlumat daxil olduğunu bildirib.

O, hərbçilərə mümkün təxribata vaxtında cavab verilməsi üçün hazırlıqlı olmaları barədə göstəriş verib.

“Biz döyüşə hazır olmalıyıq”, deyə Maduro bildirib.

Gununsesi.org