Venesuelada yeniyetmələrə atəş açılıb, ölən və yaralananlar var

  • By admin
  • 18 Noyabr 2019 19:30

Venesuelanın Miranda ştatında ötən gecə bir evdə toplaşaraq əylənən yeniyetmələrə naməlum şəxslərin atəş açması nəticəsində 15 yaşlı oğlan ölüb, 18 nəfər yaralanıb.

Gununsesi.org yerli KİV-ə istinadən xəbər verir ki, atəş açan şəxslər hadisə yerindən tez uzaqlaşıblar.

Həmçinin hadisədən əvvəl mübahisə baş verdiyi bildirilir.

Araşdırma aparılır.

 

Gununsesi.org