Vergilər Nazirliyi 7 milyonluq tenderdə bu şirkəti qalib etdi – Keçmiş nazirin şirkətidir

  • By admin
  • 17 Fevral 2020 15:30

Vergilər Nazirliyinin keçirdiyi daha bir açıq tenderdən “Cybernet” şirkəti qalib çıxıb.

İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkət görəcəyi işlər üçün nazirlikdən 6,822 milyon manat alacaq.

Gununsesi.org xəbər verir ki, müqavilədə dəstək xidmətinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması nəzərdə tutulub.

Bildirək ki, bu şirkət proqram təminatlarının inkişafı, sistem arxitekturalarının modelləşdirilməsi və İT infrastrukturunun qurulması ilə məşğul olur. “Cybernet” MMC hökumət qurumlarına, banklara, telekommunikasiya təşkilatlarına, biznes subyektlərinə innovativ proqram təminatları və mükəmməl tətbiqlər, təkmilləşdirmə, texniki dəstək və inteqrasiya xidmətləri təklif edir.

Qeyd edək ki, “Cybernet” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 min manatdır və qanuni təmsilçisi İlham Namazovdur.

Gununsesi.org