Vergilər Nazirliyi xəstəxanalarda kütləvi yoxlamalara başlayıb

  • By admin
  • 08 Noyabr 2018 13:28

Bir neçə gündür ki, Vergilər Nazirliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən özəl klinikalarda və təsərrüfat hesablı xəstəxanalarda vergi yoxlamalarına başlanılıb.

Bu barədə Gununsesi.org-a nazirlikdən bildirilib.

Saytımızın araşdırması zamanı o da bəlli olub ki, bu yoxlamalar bir sıra klinikaların fəaliyyətində müəyyən problemlərə səbəb olub.

Ölkədəki tibb müəsiisələrinə eyni vaxtda kütləvi yoxlamaların göndərilməsinin səbəbi isə açıqlanmır.

Mövzuya qayıdacağıq.

Gununsesi.org