“Vikram” Aya çırpıldı – NASA həyəcanlı görüntüsünü yaydı (FOTO)

  • By admin
  • 03 Dekabr 2019 12:20

NASA-ya məxsus Ayın orbital peyki Yerin təbii peykinin səthində Hindistanın “Vikram” aparatının qalıqlarını aşkarlayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Kosmik Agentliyin saytında xəbər yayılıb.

NASA özünün “Twitter” hesabında dərc etdiyi fotoda aparatın müxtəlif qalıqlarını mavi və yaşıl  rənglərlə işarələyib.

“Bizim Ay missiyası “Çandryan-2” layihəsinin “Vikram” eniş aparatını müəyyənləşdirib. Qarşınızda  sərt eniş ərazisindən izlər var”, – deyə məlumatda bildirilir.