Vilayət Eyvazovdan yeni – TƏYİNAT

  • By admin
  • 03 Dekabr 2019 10:18

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Gununsesi.org-un məlumatına görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şahlar Cəfərov Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Tovuz RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Elçin Əsgərov rayonun Regional Mühafizə İdarəsinə rəis təyin edilib.

Gununsesi.org