Vilayət Eyvazovdan yeni təyinat -Seyfulla Əzimova yeni vəzifə verildi

  • By admin
  • 13 Avqust 2019 20:46

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Qeyd edək ki, V.Eyvazov nazir vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Gununsesi.org