”Vinq-Çun” üzrə Azərbaycan Çempionatı başlayır

  • By admin
  • 03 Aprel 2019 09:49

”Vinq-Çun üzrə Azərbaycan Çempionatı”nın keçirilmə tarıxı açıqlandı

19-20 aprel Əl Oyunları Sarayında, Gənclər və İdman Nazirliyi və Azərbaycan Vinq-Çun Federasiyasının birgə təşkil etdiyi ” Vinq-Çun üzrə 1-ci Azərbaycan Çempionatı” keçiriləcək. Yarış Beynəlxalq Vinq-Çun qaydalarına uyğun olaraq 2 kateqoriya -Vinq-çun Tao-Lu və Vinq Çun Kontakt üzrə keçiriləcək. Yarışın təntənəli açılış mərasimi 20 aprel 15;00-da keçiriləcək.
Çində çox məşhur olan bu döyüş sənəti, 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı.

Vinq-Çun effektiv, univrsal əl texnikalarından, çevik mövqelərdən və ayaq zərbələrindən istifadə edir – hansı ki, azaddır və tez-tez hərəkət edəndir. Bu döyüş sistemində taxta adam üzərində aparılan məşqlər və sistemin nüvəsi sayılan Çi Sao (yapışqan əllər) texnikası idmançıya mükəmməl ustalıq bəxş edir. Təlim məşqləri bu texnika ilə başlayır və həssaslıq, hiss etmə qabiliyyətini özündə formalaşdırır.

Ölkəmizə də bu döyüş sənəti ilk dəfə 2008-ci gətirilib. Bu döyüş sənəti, gənclər və eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir.
101.az