Vitali Kliçko ona sual verən şəxsin telefonunu əlindən almağa çalışdı

  • By admin
  • 24 Oktyabr 2019 20:08
Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, hazırda Ukraynanın paytaxtı Kiyevin meri olan Vitali Kliçko Solomenski rayonunun sakinləri ilə görüşdə özündən çıxıb.
Gununsesi.org xəbər verir ki, veteran idmançı “Stop Korrupsiya” təşkilatının nümayəndəsinin Platonovskidəki qeyri-qanuni tikili ilə bağlı sualından sonra hisslərini cilovlaya bilməyib. Bundan sonra Kliçko həmin şəxsin çəkiliş apardığı telefonunu əlindən almaq istəyib.
Daha öncə news.ru saytının yazdığına görə, Ali Antikorrupsiya Məhkəməsi Ukrayna Milli Antikorrupsiya Bürosuna Kliçkoya qarşı cinayət işinin açılması barədə göstəriş verib. O, Şulyavski körpüsünün bərpası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Qeyd edək ki, Vitali Kliçko peşəkar boksda 45 qələbə qazanıb və 2 döyüşdə məğlub olub.
Gununsesi.org