Vladimir Zelenski AŞ-ni Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırıb

  • By admin
  • 11 Dekabr 2019 21:36

Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa Şurasının (AŞ) prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Gununsesi.org dövlət başçısının saytına istinadən xəbər verir ki, söhbət əsnasında Ukrayna lideri Avropa Şurasının bundan sonra da Ukraynanın ərazi bütövlüyünün bərpasına dair Minsk razılaşmalarına əməl edənədək Rusiyaya sanksiya təzyiqlərini davam etdirəcəklərinə ümidvar olduqlarını ifadə edib.

Həmçinin V.Zelenski Ş.Mişelə üçtərəfli təbii qazla bağlı danışıqlarda göstərdikləri dəstəyə görə təşəkkür edib və onu Ukraynaya səfərə dəvət edib.

 

Gununsesi.org