“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir?- AÇIQLAMA

“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir?

2014-cü il noyabrın 12-də cəbhə xəttində erməni helikopterini vuran İlkin Muradovun tikintidə fəhlə işləyərkən çəkdirdiyi fotosu müzakirələrə səbəb olub.

Gununsesi.org  xəbər verir ki, bir çox istifadəçi keçmiş hərbçinin fəhlələlik etdiyini iddia ediblər.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən İlkin Muradov yayılan məlumatın əsassız olduğunu bildirib:

“Dostum evində tikinti işləri aparır. Məndən də xahiş etdi ki, ona kömək edim. Mən də məzuniyyətdə olduğum və bu işləri bildiyim üçün ona yardım etdim. Həmin vaxt foto çəkdirdik. İnsanlar da bunu yanlış anlayıb. Həmçinin qeyd edim ki, fəhlə işləmək ayıb deyil. Amma mən hazırda Neftçala rayonunda yanğınsöndürən işləyirəm. Bu foto sosial şəbəkə istifadəçilərini yanıltmasın.”

Qeyd edək ki, erməni vertolyotunun vurulmasını daha da məşhurlaşdıran “Vur, komandir, vur” ifadəsi olmuşdu.

COMMENTS