Vüsalə Mahirqızı mediaya qayıdır - MƏŞHUR JURNALİST BU DƏFƏ YENİ AGENTLİYƏ RƏHBƏRLİK EDƏCƏK

  • By admin
  • 14 Fevral 2019 22:23

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır.

Gununsesi.org Musavat.com-a istinadən bildirir ki, Online News Agency (ONA) adlanacaq agentlik artıq dövlət qeydiyyatından keçib.

Bir neçə dildə fəaliyyət göstərəcək agentliyin video xidməti də olacaq. Agentliyin təsisçisi Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.

Əldə etdiyimiz məlumata görə, agentlik əsasən ötən il fəaliyyətini dayandırmış APA-nın kollektivi əsasında formalaşdırılır.

Digər məlumata görə, lent.az portalı da fəaliyyətini bərpa edəcək.