Vüsalə Səidin vəkilindən açıqlama - ŞƏRƏF VƏ LƏYAQƏTİ ALÇALDILIB

  • By admin
  • 26 Yanvar 2019 00:02

Azərbaycanda keçirilməsi planlaşdırılan “Sinemanın kralı və kraliçası”layihəsi ilə bağlı jurnalistlər Vüsalə Səid Eyyubqızı və Aysel Nazim arasında yaranmış mübahisə media müstəvisinə çıxıb.

Belə ki, bir neçə gün əvvəl Aysel Nazim mediada bu müsabiqənin müəlliflik hüququnun ona məxsus olduğunu deyib. Bununla belə o iddia edib ki, layihənin adı “Sinema gozəli”dir və onun müəlliflik hüququ ona məxsusdur.

Türkiyədə yaşayan Məlahət Abbasova isə bununla bağlı şərhlərdə Vüsalə Səid Eyyubqızını tənqid edib.

Gununsesi.org bildirir ki, Vüsalə Səid Eyyubqızının vəkili  İlham İbadov yaranmış situasiya ilə bağlı açıqlama verib.

Açıqlamda bildirilir:

“Bəzi saytlarda və sosial şəbəkədə hüquqlarını müdafiə etdiyim Hüseynova Vüsalə Əyyub qızı (Vüsalə Səid) barəsində yoxlanılmadan və araşdırılmadan şərəf və ləyaqətini alçaldan, təhqiredici məlumatlar dərc edilmişdir. Bu məlumatlar Sizin saytlardan istinad edilməklə digər saytlarda işıqlandırılmış və 25.01.2019-cu il tarixdə saat 12:00 üçün 9000 nəfər izləyici tərəfindən izlənmişdir. Hesab edirik ki, qarşı tərəfin mövqeyini öyrənmədən belə məlumatların KİV-də yayılması kobud qanun pozuntusudur və məsuliyyətə səbəb olur. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 61-ci maddəsinə əsasən (Kütləvi informasiya vasitələri haqqında Qanunun digər pozulma hallarına görə məsuliyyət) “Bu Qanunun 9-cu, 11-ci, 13-cü, 21-ci və 28-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə, təsisçi, redaksiya, naşir və yayıcı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafıq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar. Həmin Qanunun 60-cı maddəsinə əsasən (Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət) “baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə, vətəndaşların şəxsi həyatına qəsd etdikdə və s. hallarda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafıq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyır.” Göstərilənləri nəzərinizə çatdırmaqla qeyd edirik ki, bu məlumatları paylaşan şəxslər və saytlar barəsində məhkəməyə mülki və cinayət mühakimə icraatında müraciətlər üçün hazırlıqlar gedir və qısa vaxtda iddialar və şikayətlər müvafıq məhkəmələrə təqdim ediləcəkdir. Bununla yanaşı, mediasiya prinsiplərini əsas tutaraq, həmin saytlara Hüseynova Vüsalə Əyyub qızımn (Vüsalə Səid) şərəf və ləyaqətini alçaldan, təhqiredici məlumatları təkzib və üzrxahlıq etmələrini təklif etmişik”.