Vyetnamda polis və etirazçılar toqquşdu: 4 nəfər öldü

  • By admin
  • 09 Yanvar 2020 13:07

Vyetnamda polis və etirazçılar arasında toqquşma olub, 4 nəfər ölüb.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 3-ü polis əməkdaşı, bir nəfər isə etirazçıdır.

Vyetnam İctimai Təhlükəsizlik Nazirliyindən verilən məlumata görə, paytaxt Hanoy yaxınlığındakı Donq Tam kəndində yerləşən hərbi hava limanının ətrafında divarın ucaldılmasına etiraz edən şəxslər əl qumbaraları, Molotov kokteyli və soyuq silahla təhlükəsizlik əməkdaşlarına hücum ediblər, toqquşmada bir nəfər yaralanıb. 

“Hadisə ilə bağlı istintaq başladılıb, qanunu pozanlar həbs olunub”, – deyə Nazirliyin məlumatında qeyd olunub.

Gununsesi.org