Vyetnamda turistlərə koronavirusla bağlı xəbərdarlıq edilib

  • By admin
  • 28 Yanvar 2020 21:10

Vyetnamın Nha Tranq kurort şəhərinin hotelləri qonşu Çində koronavirusun yayılması barədə xəbərdarlıqlar yayaraq müştərilərini ehtiyatlı olmağa, izdihamlı yerlərdə olarkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, iri hotellərdə divarlara asılan belə xəbərdarlıqlar Vyetnam, Çin, Koreya və rus dillərindədir.

Bundan əvvəl Nha Tranqda istirahət etmiş turistlərin ikisində koronavirusun təsdiqləndiyi bildirilmişdi.

 

Gununsesi.org