“WhatsApp” və “İnstagram”ın adları dəyişdirilir

“WhatsApp” və “İnstagram”ın adları dəyişdirilir

 

“İnstagram” və “WhatsApp” tətbiqlərinin adına “Facebook” dəqiqləşdirməsi əlavə ediləcək.

Gununsesi.org xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.

Bildirilir ki, yenilənmiş adlar Apple və “Google Play”da, həmçinin “İnstagram” və “WhatsApp” tətbiqlərin daxilində əks olunacaq. Mobil cihazların ekranında isə tətbiqlər eyni adla qalacaq.

“Facebook” şirkətinin sözçüsü Berti Tomsonun sözlərinə görə, bu cür yeniliklər tətbiqetmələrin şirkətə mənsub olduğunu göstərəcək.

Ekspertlərin fikrincə isə, “Facebook” bununla son günlər haqqında çıxan istifadəçilərin şəxsi məlumatlarının sızdırılması ilə bağlı şayiələrdən sonra reputasiyasını düzəltməyə çalışır.

Gununsesi.org 

COMMENTS