“WiFi” paroluna görə bacısını öldürdü

  • By admin
  • 05 Avqust 2019 11:26

ABŞ-ın Corcia ştatından olan yeniyetmə özündən böyük bacısını öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum olunub.

 AJC portalının Meykon vilayətinin prokurorluğuna istinadən verdiyi məlumata görə, 18 yaşlı Kevon Votkins dayanmadan videooyunlar oynamaq üçün routerin “WiFi”nı dəyişib. Buna görə də bacı və qardaş arasında dava başlayıb.

Yeniyetmə bacısını təxminən 15 dəqiqə müddətində boğub. Hətta xilasedicilər gəldikdə belə, Kevon bacısını buraxmaq istəməyib.
Ömürlük həbs cəzasına baxmayaraq, gənc oğlan bir müddətdən sonra apelyasiya məhkəməsinə müraciət edə bilər.

Gununsesi.org