Xədicə İsmayılova dövlətin vəkilindən imtina etdi

  • By admin
  • 01 Avqust 2016 15:25

xedice

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hakim Vaqif Musaqulovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 15-nə təyin olunub.

Prosesdə X. İsmayılova dövlət hesabına tutulan vəkil Mehran Kərimovdan imtina edib.

Qeyd edək ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Gununsesi.info