Xərçəng xəstəliyi sağalacaq

  • By admin
  • 29 İyun 2016 21:58

xercheng

AZƏRTAC “express-novosti.ru” saytına istinadla xəbər verir ki, rusiyalı tədqiqatçılar xərçəngin müalicəsi üçün yeni dərmanın təcrübədən keçirilməsi barədə məlumat yayıb. Bu preparat klinikayaqədərki təcrübənin birinci mərhələsini keçib və xərçəng ilə mübarizədə əla nəticələr göstərib.

Dərmanların kliniki təcrübəsi isə 2018-ci il üçün nəzərdə tutulur. Lakin Petrov adına Onkologiya Elmi-Tədqiqat İnstitutunda bəzi əczaçılıq vasitələrini xəstələr üzərində testdən keçiriblər və nəticələr ümidverici olub.

Hazırda alimlər əldə edilən nəticələri emal edirlər. Son mərhələnin uğurlu keçəcəyi təqdirdə preparatın istehsalına başlanıla bilər.