Xəstə qadın 75 yaşında bodibildinqçi oldu

  • By admin
  • 28 Oktyabr 2019 21:39
75 yaşında Cənubi Koreya sakini bodibildinq yarışında ikinci yeri tutub. Bu barədə AsiaOne xəbər verir.
Gununsesi.org xəbər verir ki, Lim Çen-So onurğa sütunu xəstəliyindən əziyyət çəkdiyinə görə idman zalına gedib:
“İlk dəfə o qədər ağrılı olurdu ki, məşq zamanı qışqırırdım. Ancaq hər şeyə hazır idim. Buna dözməsəm, hər şey daha da pis olacaqdı”.
Zaman keçdikcə ağrılardan tamamilə xilas olan Lim məşqçisinin təklifi ilə bodibildinq yarışlarına qoşulub. Başda o, bikinidə və yüksək topuqda çıxış etməli olduğundan utansa da, yarışlardan birində 38 yaşdan yuxarı qadınlar arasında ikinci yeri tutdu:
“Bəzi insanlar yaşlandıqda hər şeydən imtina edir. Qocalmışam, indi heç nəyə yaramıram. Amma onlara demək istəyirəm ki, yaş sizin xəyallarınızı reallaşdırmağınıza maneə olmamalıdır”.
Gununsesi.org