Xətai rayonunda mənzildən qadın meyiti tapılıb

  • By admin
  • 07 Dekabr 2019 20:16

Bakıda mənzildən 61 yaşlı qadının meyiti tapılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, FNH-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Verxonostseva Svetlana Borisovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

 

Gununsesi.org