Xətainin yolları niyə bərbaddır? - İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA

  • By admin
  • 15 Noyabr 2018 12:33

Xətai rayonunda bir neçə küçə və prospektlərində əsaslı təmir işləri aparılır.

Gununsesi.org bildirir ki, bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib. Onun sözlərinə görə, Məhəmməd Hadi küçəsində və Gəncə prospektində əsaslı təmir işləri artıq yekunlaşıb.

“Hazırda rayonda Ukrayna və Neapol dairələri ətrafında olan küçə və prospektlərdə əsaslı təmir işləri görülür. Növbədə Səməd bəy Mehmandarov küçəsidir. Bir neçə gündür həmin küçədə əsaslı təmir işləri gedir. Yol boyu bütün kommunikasiya xətləri çəkən şəxslərə xəbərdarlıq olunub ki, onlar tez bir zamanda işlərini yekunlaşdırsınlar. Həmin işlərin yekununda isə sözügedən yola yeni asfalt örtüyü çəkiləcək”.