“Xəyanətə görə boşandım” – Tanınmış azərbaycanlı müğənni

  • By admin
  • 05 Noyabr 2019 08:02

Müğənni Aynur Dadaşova xəyanətə görə ərindən boşanıb.

Gununsesi.org xəbər verir ki, bunu ifaçının özü qonaq olduğu “Ay Zaur” verlişində deyib.

“Yalanı sevmirəm. Xəyanəti heç sevmirəm. Mən heç dostuma da qarşı xəyanət etmərəm. Boşanmağıma səbəb xəyanət oldu. Onu dəfələrlə bağışladım. Artıq iki ildir ki, subayam. Çəkinirdim ki, insalar artıq söz deyər. Ona görə də gizlədirdim”, – deyə A.Dadaşova bildirib.

Qeyd edək ki, Aynur Dadaşovanın iki övladı var. O, keçmiş ərindən heç bir maddi dəstək almadığını da söyləyib.