Yevlaxın yeni başçısı Eldar Əzizovun kürəkənidir - DOSYE

  • By admin
  • 31 Oktyabr 2019 17:08

Prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev  Yevlax rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Gununsesi.org-un redaksiyasına daxil olan məlumata görə Anar Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.

Qeyd edək ki, Yevlax rayon icra başçısı vəzifəsinə təyin olunan Anar Tağıyev Bakının  Nəsimi rayon icra hakimiyyəti başçısının müavini idi. O, 1981-ci ildə Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetini, ardınca isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Müxtəlif illərdə hüquqşünas, Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə orqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.

Ailəlidir, 2 övladı var.