Xalq artisti: “Atamın intiqamını məndən aldı” – VİDEO

  • By admin
  • 25 Noyabr 2019 12:09

Xalq artisti Rafael Dadaşov filmlərə az çəkilməsinin səbəbini açıqlayıb.

Gununsesi.org xəbər verir ki, aktyor “Zaurla Günaydın” verilişində şəxsi münasibətlərin qurbanı olduğunu bildirib:

“İncəsənət sahəsində şəxsi münasibətlər olmamalıdır. Rəhbərlik tərəfindən mənə münasibət başqa idi. Universitetə imtahan verəndə Adil İsgəndərov dedi ki, sən get, niyə gəlmisən? Mən də durub getdim. Rektor Rahib Hüseynov saxladı məni və geri qaytardı. Sonra onunla mübahisəm düşdü. Dedi ki, səni Adil İsgəndərov inistituta götürmürdü. Ona dedim ki, kişi ol, atanın qisasını övladdan almazlar. Onda anladım ki, niyə məni filmə çəkmədilər.

Adil İsgəndərov uzun illər kinostudiyanın rəhbəri olub. “Dəli Kür”də Şamxalı, “Qayınana”da Ayazın dostu İlqarı oynamalıydım, təsdiqlənmişdim, qoymadılar. “Var olun qızlar” filminə çəkiləcəkdim. Dedilər ki, Adil İsgəndərov qoymur”.

 

Gununsesi.org