Xalq artistinin səhhəti yenidən pisləşdi

  • By admin
  • 25 May 2016 16:33

sabir_elesgerli_012

 

Xalq artisti, məşhur diktor Sabir Ələsgərlinin səhhətində yenidən problemlər yaranıb.

Gununsesi.info bildirir ki, bu barədə modern.az-a açıqlama verən diktor deyib ki, artıq uzun müddətdir ki, Tibb Universitetinin Cərrahiyə Klinikasında yatır.

“Hazırda xəstəxanadayam, müalicəm davam edir. Sabah və ya biri gün çıxacam. Amma 2-3 aydan sonra yenidən əməliyyat olunmalıyam. Bir neçə ay əvvəl böyrəklərimdəki daşla əlaqədar əməliyyat olunmuşdum, “şlanklar” qoyulub. Onlar hələ çıxarılmayıb”.

Klinikanın Urologiya şöbəsində yatan S.Ələsgərli həkiminin Fikrət Əhmədov olduğunu bildirib