Xalq şairi məhkəməni ədalətsizlikdə ittiham etdi - FİKRƏT QOCA OĞLUNUN QATİLİNƏ VERİLƏN CƏZA İLƏ RAZILAŞMIR

  • By admin
  • 14 Yanvar 2019 10:18

 

Azərbaycanın xalq şairi Fikrət Qoca oğlunu öldürən şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il cəza verilməsinə etiraz edib.

Gununsesi.org xəbər verir ki, mətbuata açıqlamasında xalq şairi məhkəməni ədalətsizlikdə günahlandırıb: “Mən oğlumu itirmişəm, bir oğlum var idi, onu da öldürdülər. İndi etiraz etməklə nəyi dəyişə bilərəm, oğlumu geri qaytara biləcəm? Prokurorluq oğlumu öldürən şəxsə 19 il həbs cəzası istəsə də, hakim 5 il iş kəsdi. Belə çıxır ki, ya prokuror çox savadsızdır, ya da hakim. Amma 19 və 5 rəqəminin arasında çox böyük fərq var və onu göstərir ki, məhkəmə çox haqsız qərar verib, bu haqsızlıqdır…”

Gununsesi.org