Xameneini təhqir edən alimə 13 il cəza verildi

  • By admin
  • 21 Aprel 2019 10:35

İranda alim Kamal Cəfəri Yezdiyə 13 il həbs cəzası verilib.

Gununsesi.org xəbər verir ki, bu barədə  İranın HRANA agentliyi məlumat yayıb.

Bildirilir ki, Məşhəd məhkəməsinin qərarına əsasən, Yezdi hakimiyyətin devrilməsi məqsədi ilə təşkilat yaratdığına görə 10 il, hökumət əleyhinə təbligat apardığına görə 1 il və ayətullah Əli Xameneini təhqir etdiyinə görə 2 il həbs cəzası alıb.

Qeyd olunur ki, Yezdi uzun müddət Məşhəd şəhərinin ali təhsil ocaqlarında çalışıb. Ötən ilin avqustunda o, həbs edilib və 3 ay sonra zaminə buraxılıb.

Gununsesi.org