Xamenei özü rəhbərlik edəcək – İranda 8 ildən sonra bir ilk

  • By admin
  • 17 Yanvar 2020 16:41
İranın Ali dini lideri Ayətullah Əli Xamenei bu gün cümə namazını paytaxt Tehranın Musalla Məscidində qılacaq.

Gununsesi.org məlumat verir k, “Mehr” agentliyinin xəbərinə görə, bununla İran xalqının birliyi və əzəməti bir daha nümayiş etdiriləcək.

Qeyd olunur ki, 80 yaşlı Xamenei cümə namazını sonuncu dəfə 2012-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 33-cü ildönümü münasibətilə qılıb.

Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun eksperti Mehdi Halaci dini liderin əhəmiyyətli bir mesaj vermək istədiyi zaman cümə namazını qıldığını və bu baxımdan bunun simvolik olaraq əhəmiyyətli bir hərəkət olaraq qəbul edildiyini söyləyib.“BBC”dən Kasra Naji Xameneinin sonuncu dəfə Ərəb Baharının ən gərgin günlərində cümə namazını qıldığına işarə edib: “O dövrdə xütbəni ərəb dilində oxuyaraq bunun bütün ərəb dünyasında eşidilməsini təmin etmişdi. O, ərəb coğrafiyasında baş verənləri İslami Oyanış kimi təsvir edərək hadisələri idarə etmək istəmişdi. Ancaq bunu bacarmadı”.
Onun sözlərinə görə, İranın Ali dini lideri bu qərarı ilə həm də yanvarın 8-də Tehranın Xomeyni adına beynəlxalq hava limanında Ukrayna təyyarəsinin qəzaya düşməsinə səbəbkar olduğuna görə geniş tənqidlərlə qarşı-qarşıya olan İran hərbi qüvvələrinə sahib çıxdığını göstərmiş olacaq.