“Xanımımdan qorxmuram, …şorgöz kişilərdən olmuşam” – Xalq artisti

  • By admin
  • 13 Noyabr 2019 12:04

“Xanımımdan qorxmuram, hörmət edirəm. Vaxtilə şorgöz kişilərdən olmuşam. Gözəllik istər- istəməz adamı özünə cəlb edir”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev “Hər şey daxil” proqramında deyib.

Məşhur aktyor efirdə şəxsi həyatı barədə danışıb. O, 42 ildir evli olduğunu, evlənməmişdən qabaq xanımı ilə şərt kəsdiyini bildirib:

“1977-ci ildə evlənmişəm. Qarşı tərəf bilirdi ki, mən aktyoram. Mən öncədən demişdim ki, evə gec gələ, uzun- uzadı telefonla danışa bilərəm. Şərti necə qoymuşamsa, elə də davam edir”. / Qafqazinfo

 

Gununsesi.org