Xanlar Fətiyev şəhid polislərin dəfnini yarımçıq tərk etdi - GƏNCƏNİN DEPUTATI İSTİYƏ TAB GƏTİRMƏDİ

  • By admin
  • 11 İyul 2018 15:47

Bu gün Gəncədə qətlə yetirilən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasovun dəfn mərasimi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, hava şəraitinin kəskin isti olmasına baxmyaraq, minlərlə insan bu mərasimə qatılıb.

Mərasimdə Daxili İşlər Nazirinin, Baş Prokurorun müavini, Milli Məclisin üzvləri və digər hökumət rəsmiləri qatılıb.

Həmin şəxslərdən fərqli olaraq, Gəncənin deputatı  Xanlar Fətiyev mərasimi yarımçıq tərk edib. Belə ki, isti hava şəraitinə dözə bilməyən deputat sürücüsünə onu aparmasını tapşırıb. Çıxışçıların fikirlərinin yekunlaşmasını gözləməyən Fətiyev avtomobilinə əyləşərək, ərazini tərk edib. Bu isə mərasim iştirakçılarının diqqətindən  yayınmayıb.

Doğrudan da Gəncədə sabitliyin bərpası üçün canından keçən iki qəhrəman polisin dəfnində sonadək qalmamaq, onun deputat olaraq nə statusuna yaraşmamaqla yanaşı, həm də seçicilərinə hörmətsizlikdir.

Ərşad İbrahimov

Gununsesi.info