Xaricə gedən azərbaycanlıların sayında artım müşahidə edilib - STATİSTİKA

  • By admin
  • 20 Avqust 2019 13:37

2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3115,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Gununsesi.org-a verilən məlumata görə, ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi – Gürcüstan, 17,7 faizi – Rusiya, 11 faizi – Türkiyə, 5,4 faizi isə digər ölkələrə gedib. Onların 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

Bundan başqa, bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstan – 12,4 faiz, Rusiya – 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb.

Eyni zamanda, cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edəcək.

Gununsesi.org