Xaricdə rüşvət verən azərbaycanlının məhkəməsi başlayır

  • By admin
  • 22 İyul 2019 15:20

 

Bu il mayın 26-da sərhəd xidmətinin əməkdaşına 50 min rubl rüşvət verməkdə ittiham olunan Azərbaycan vətəndaşının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Rusiya mətbuatının yaydığı məlumata görə, cinayət işi üzrə materiallar araşdırılması üçün Smolensk şəhər məhkəməsinə göndərilib.

Alma daşınması üçün lazımı sənədləri olmayan 35 yaşlı azərbaycanlı bu fakta göz yumması üçün sərhəd xidmətinin əməkdaşına rüşvət verib. Sərhəd xidmətinin əməkdaşı isə öz növbəsində bu barədə hüquq mühafizə orqanlarını məlumatlandırıb.