Xaricdə təhsil proqramı dayandırıldı

  • By admin
  • 22 Aprel 2016 15:17

DF05E318-7D7D-4C86-A0EA-047F8B078906_w268_r1

Nazir: Xaricə PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək

“Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramının həyata keçirilməsi dayandırılır. Proqramın yeni formatı hazırlanacaq ”.

Rusiyada səfərdə olan təhsil naziri Mikayıl Cabbarovbelə deyib.

APA-nın xəbərinə görə, nazir qeyd edib ki, yeni hazırlanacaq proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.

Mikayıl Cabbarov xarici ölkə ali məktəblərinin diplomlarının Azərbaycanda tanınması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bəzi ali məktəblərin verdikləri diplomların legitimliyi sual doğurur.

“Bu sahədə qanunvericilikdə dəyişiklik edilməyib. Lakin Rusiyada təhsil alıb, öz fikrini rus dilində ifadə edə bilməyən məzunun diplomu təsdiq edilməyəcək. Yalnız öz ölkəsində akkreditasiyadan keçmiş ali məktəbin diplomu Azərbaycanda tanına bilər. Nazirlikdə diplomların tanınması ilə məşğul olan xüsusi idarə yaradılıb və bu proses tam elektron şəkildə həyata keçirilir” – deyən nazir Azərbaycanda təxminən 3 minə yaxın xarici vətəndaşın təhsil aldığını, onların yarısından çoxunun Çindən gəldiyini söyləyib.