Gürcü nazir: “Gürcüstanda ABŞ hərbi bazalarının yerləşdirilməsi məsələsi müzakirə olunmayacaq”

  • By admin
  • 09 Yanvar 2020 14:14

Gürcüstan ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsi məsələsi müzakirə olunmayacaq”.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, Gürcüstanda ABŞ hərbi bazalarının yerləşdirilməsi imkanları barədə məlumatlar yayılmaqdadır: “Bunlar yalnız fərziyyələrdir və bu məsələ nəzərdən keçirilməyəcək”.

Gununsesi.org