XİN İrana başsağlığı verdi

  • By admin
  • 08 Noyabr 2019 21:19

Azərbaycan Xarici İşlər Nazirliyi İranda baş verən zəlzələyə görə qonşu ölkəyə başsağlığı verib.

Gununsesi.org xəbər verir ki, bu barədə XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.

“İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq”, – deyə paylaşımda qeyd olunub.

 

Gununsesi.org