Xızıda avtomobil ana və qızını vurdu

Xızıda avtomobil ana və qızını vurdu

Giləzi kəndində yolu keçmək istəyən ana və qızını avtomobil vuraraq xəsarət yetirib.

Gununsesi.org xəbər verir ki, kənd ərazisində minik avtomobili 1986-cı il təvəllüdlü Əliyeva Aysel Əbdul qızını və onun uşağı 10 yaşlı Əliyeva Leyla Namiq qızını vurub.

Yaralılar Bakıda 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS