Xoşqədəm polisə mürciət etdi:"Evimin qapısına məktub qoyulub ki..."

Xoşqədəm polisə mürciət etdi:

Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” verilişində aparıcı Xoşqədəm Hidayətqızı polisə müraciət etməsi ilə bağlı məlumat verib.

Gununsesi.org big.az-a istinadla xəbər verir ki, aparıcı bildirib ki, evinin qapısına tanımadığı şəxslər tərəfindən məktublar qoyulub:

“Mən dedi-qodudan uzaq bir insanam. Kiminsə şəxsi həyatı mənim üçün maraqlı deyil. Evə gələndə özüm aça biləcəyim blokdan içəri girib qapıma tanınmışlarla bağlı məktublar qoyublar. Qərara gəldim ki, bağlı qapıdan mənim yaşadığım bloka daxil olursa sabah da evimə girib məni öldürə bilərlər. Bu gün bununla bağlı polisə məlumat verdim. Mənim adımdan vəkilim Tahir Əlirzayev müraciət etsin. Həmin şəxs də tanınmışlarla bağlı şok məlumatları polisə anlatsın. Mənim evimə necə girib məktubları gətirirlərsə, ona aydınlıq versinlər. Hazırda mən təhdid olunuram. Bu, artıq mənə qarşı psixoloji təzyiqdir. Sizi mənim qapıma kim yönləndirib? Mənim elə qohumlarım var ki, yaşadığım evi bilmirlər”.

COMMENTS