Yəməndə 5 gün ərzində 200-dən çox insan ölüb

  • By admin
  • 03 Dekabr 2017 19:50

Gununsesi.info xəbər verir ki, Yəmənin paytaxtı Sənada qiyamçı husilər və prezident Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar zamanı 200 nəfərdən çox insan ölüb.

Husilərin nəzarətinə keçmiş Səna uğrunda döyüşlər noyabrın 29-da başlayıb. Yəmən prezidentinin tərəfdarları şəhərin bir çox rayonlarında husiləri sıxışdırıb, şəhərin əksəriyyətinə nəzarəti ələ keçirib. Hələ dekabrın 2-də toqquşmalarda ölənlərin sayının 100 nəfəri keçdiyi açıqlanmışdı.

Qeyd edək ki, 2014-cü ilin avqustundan Yəməndə legitim hakimiyyətə sadiq qüvvələrlə qiyamçı husilər arasında toqquşmalar başlayıb. Münaqişə 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının husilərə qarşı hava əməliyyatlarına başlaması ilə daha aktiv mərhələyə keçib.

Gununsesi.info