Niyaməddin Musayevin ölüm xəbəri yayıldı

  • By admin
  • 12 Dekabr 2019 10:35

Bir neçə dəqiqə öncə əfsanəvi sənətkar Niyaməddin Musayevin ölümü ilə bağlı sosial şəbəkələrdə xəbər yayılıb.

Gununsesi.org  xəbər verir ki, sonxəbər.az-ın müxbiri məsələni dəqiqləşdirmək üçün Musayev ailəsi ilə əlaqə saxlayıb. Telefona Niyaməddin Musayev özü cavab verib. Bununla da xəbərin dezinformasiya olduğu üzə çıxdı. O, müxbirimizə yaxşı olduğunu, səhhətində heç bir problem olmadığını bildirib. Yayılan məlumatdan isə xəbərsiz olduğunu, artıq bir neçə dəqiqədir ki, dayanmadan bu məsələ ilə bağlı zənglər qəbul etdiyini bildirib.

Gununsesi.org