YAP ötən il 10 milyona yaxın qazanıb - HAKİM PARTİYA GƏLİRLƏRİNİ AÇIQLADI

  • By admin
  • 18 Mart 2019 09:48

Azərbaycan qanunvericiliyinə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

MSK-dan Gununsesi.org-a verilən məlumata görə, martın 15-dək dövlət qeydiyyatından keçmiş 55 rəsmi siyasi partiyadan 19-u 2018-ci il üzrə hesabat verib. Bunlar Yeni Azərbaycan Partiyası, Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Liberal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Respublikaçılar Partiyası, Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yurddaş Partiyası, Kommunist Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası və Ədalət Partiyasıdır.

Yeni Azərbaycan Partiyasının hesabatına görə, ötən il qurumun 9 milyon 413 min manat gəliri, 7 milyon 429,9 min manat xərci olub.