Yaponiyada güclü leysan yağışları, ölənlər var

  • By admin
  • 26 Oktyabr 2019 09:22

Yaponiyada bir neçə nəfər yağan güclü leysan yağışlarının qurbanı olub. 

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, Tiba prefekturasını cənginə alan güclü leysan yağışları azı 8 nəfərin həyatına son qoyub. Daha 2 nəfər itkin düşüb.

Həyatını itirənlərin ölüm səbəbi fərqlidir, amma onların hamısı təbiət kataklizmlə əlaqəlidir. Ölənlərin üçü su basmış avtomobillərdə tapılıb, ikisini çay aparıb, üçü isə sürüşmə nəticəsində ölüb.

Yaponiyanın Baş Naziri Sindzo Abe yerli hakim dairələri bütün güclərini insanların həyatlarını qorumağa və təcili olaraq infrastrukturun bərpasına başlamağa çağırıb.

 

Gununsesi.org