Yaponiyada vulkan püskürüb

  • By admin
  • 02 Noyabr 2019 22:42

Yapon mütəxəssisləri ölkənin cənub-qərbindəki “Satsuma-Yojima” adasında yerləşən vulkanının püskürməsini qeydə alıblar.

Gununsesi.org-un məlumatına görə, Yaponiyanın meteoroloji idarəsi adadakı insanları ayıq olmağa və vulkana yaxınlaşmamağa çağırır.

“NHK” kanalına əsasən, kraterindən ağ tüstü gəlir. Vulkanın kraterindən 2,5 kilometr məsafədə təxminən 100 nəfər əhalisi olan kiçik bir kənd var.

Qeyd edək ki, Yaponiya olduqca aktiv seysmik zonada yerləşir, onun ərazisində təxminən 50 aktiv vulkan var.

 

Gununsesi.org