“Yaradıcılıq zirvəsini fəth edək!”

  • By admin
  • 25 May 2019 14:54

Nərimanov rayonunda “Yaradıcılıq zirvəsini fəth edək!” adlı yaradıcılıq müsabiqəsinin təşkili layihəsinin açılış mərasimi keçirilib.

“Gununsesi” xəbər verir ki, Bakı Avrasiya Universitetində baş tutan açılış mərasimində “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov,  Bakı Avrasiya Universitetinin Rektorluğunun mütəxəssisi Kamil Məhəmmədli, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev və 45 nəfər fəal gənc iştirak edib.

Qonaqları salamlayan Bakı Avrasiya Universitetinin Rektorluğun mütəxəssisi Kamil Məhəmmədli tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür. Cəmiyyətimiz gənclərə ehtiyac duyur, buna görə onlar üçün hər bir şərait yaradılır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında əlbəttə ki, gənclərin böyük rolu vardır.

Çıxışlardan sonra layihənin seçim turuna start verildi. Seçim turunda gənclər bir neçə nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirlər. Layihədə 14-29 yaşlı ali, orta ixtisas və orta təhsil müəssisələrinin gəncləri iştirak edirlər.

Qeyd edək ki, layihə müddətində 5 seçim turu və nəticələrə uyğun olaraq konsert təşkil ediləcək.