Yaşlı kişi itkin düşdü

  • By admin
  • 11 Sentyabr 2019 09:34

Bakıda 56 yaşlı kişi itkin düşüb.

Gununsesi.org Oxu.Az-ın məlumatına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Q.Məmmədov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Mehman Həmid oğlu Həmidov itkin düşüb. 

Bu barədə hüquq-mühafizə orqanlarına onun xalası oğlu Orxan Vahab oğlu Hüseynov ərizə ilə müraciət edib. 

O bildirib ki, M.Həmidov ötən gün evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org