Yeni DTX şefi Əli Nağıyev kimdir? – HƏYAT YOLU

  • By admin
  • 20 İyun 2019 21:28

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə rəhbəri olub.
2004-cü ildə Milli təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. Prezident İlham Əliyevin 27 mart 2006-cı iltarixində imzaladığı Sərəncamla general-mayor hərbi rütbəsi verilib.
General-mayor Əli Nağıyev Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.
12 may 2011-ci il tarixində baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixində  imzaladığı Sərəncamla general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, qardaşı Vəli Nağıyev Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyin edilib

Gununsesi.org