Yeni kosmos aləti təqdim edildi: Kosmosda toqquşmaları izləmək mümkün olacaq

  • By admin
  • 07 Dekabr 2019 08:58

Texas Universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni alət kosmosda obyektlər bir-birindən təhlükəli məsafədə olduğu təqdirdə onları izləyir. Alimlər bildiriblər ki, orbitdə peyk və kosmik zibillərin sayının artması ilə xidmətin aktuallığı yüksəlib.

Gununsesi.org ictnews.az-a istinadən bildirir ki, “Conjunction Streaming Service Demo” adlandırılmış alət real vaxt rejimində yerətrafı orbitdə bir-birinə olduqca yaxın məsafədə yerləşən 1500-dək obyekti göstərir. X oxu üzrə vaxt, Y oxu üzrə bir-birinə yaxın məsafədə yerləşən iki kosmik obyekt arasındakı məsafə (0-dan 5-km-dək) izlənilir.

Tədqiqatçılar göy cisimlərini çoxlu sayda qövsdən ibarət qrafikin köməyi ilə izləyirlər. Qövsün dartılması onu göstərir ki, iki obyekt bir-birindən təhlükəli məsafədə yerləşir.

Hər bir qövs, həmçinin obyektin tipini göstərən rəngə malikdir. Yaşıl qövslər aktiv peykləri, sarı peyk və göy cismini, qırmızı isə iki göy cismini göstərir.

Gununsesi.org