Yerevan polisinə “Komissar Kattani” rəhbərlik edəcək

  • By admin
  • 24 Yanvar 2020 19:46

Polis polkovniki Armen Qasparyan Yerevan Polis İdarəsinin rəisi təyin edilib.

Gununsesi.org-un məlumatına görə, bu barədə shamshyan.com xəbər verib.

Bildirilir ki, müvafiq əmri Ermənistanın polis rəisi vəzifəsini icra edən Arman Sarkisyan verib.

Mənbənin sözlərinə görə, öz sahəsində mütəxəssis sayılan A.Qasparyan hüquq-mühafizə sistemində “Komissar Kattani” kimi tanınıb.

Yerevanın polis rəisi təyin olunmazdan əvvəl A.Qasparyan Tavuş regional polis idarəsinə rəhbərlik edib.

 

Gununsesi.org