Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclığa başladılar

  • By admin
  • 19 Noyabr 2019 20:11
Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclıq aksiyası keçirirlər.
Gununsesi.org xəbər verir ki, “Novosti Armeniya”-nın yaydığı məlumata görə, etiraz aksiyasında 50-dən çox pasiyent iştirak edir. Onlar qohumlarının xəstəxanaya yemək gətirməsinə qoyulan qadağanın götürülməsini tələb edirlər.
Psixi sağlamlığın qorunması üzrə Milli Mərkəzin direktoru Sergey Xaçatryan xəstəxanada müalicə olunan şəxslərin aclıq aksiyası keçirdiklərini təsdiqləyib: “Son aylarda qohumların gətirdiyi yeməklərdə bağırsaq çöpləri aşkar edilib. Bu səbəbdən gətirilən yeməklərin verilməsi qadağan olunub”.
Ermənistanın Səhiyyə Nazirliyi məsələ ilə bağlı araşdırma aparır.
Gununsesi.org