Yerevanda vəzifəli şəxsin külli miqdarda pulu oğurlanıb

  • By admin
  • 13 Oktyabr 2019 09:31

Yerevanda külli miqdarda pul oğurlanıb.

Gununsesi.org “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə Erebuni rayonunda qeydə alınıb.

Naməlum şəxslər Armavir vilayətinin Norapat kənd sakini, “Avtomotors” MMC-nin direktoru Karen Martirosyanın “Nissan March” avtomobilinin salonundan portfel oğurlayıb. K.Martirosyan asayiş keşikçilərinə bildirib ki, portfeldə 13 milyon dram olub.

Qeyd edək ki, bu, son vaxtlar Ermənistanda baş verən növbəti qalmaqallı oğurluq hadisəsidir. Daha əvvəl Yerevanda Armavir vilayətinin keçmiş qubernatorunun oğlunun avtomobili qarət edilib.

 

Gununsesi.org